Abdulla ibn əl-Mutəzz
ابن خلكان، وفيات الاعيان وانباء ابناء
الزمان، تحقيق الدكتور احسان عباس، دار صادر، بيروت، الجزء الثالث
ابو البركات
الانباري، نزهة الالباء في طبقات الادباء، تحقيق ابراهيم السامرائي، الاردن، مكتبة
المنار، الطبعة الثالثة، 1985
ابو بكر محمد
ابن يحيى الصولي، اشعار اولاد الخلقاء واخبارهم من كتاب الاوراق ، مصر، ناشر ج.
هيورث، 1936
Malik Mahmudov, Klassik ərəb ədəbiyyatı,
2001.
Крачковский И.Ю. Избранные
сочинения, 6-й том. Москва-Ленинград, 1960.
Фильштинский И.М.
История арабской литературы. Москва, И.М. 1985.
Большаков.
О.Г История халифата. I.
Ислам в Аравии. Москва 1989.
Ханна
аль-Фахури. История арабской литературы. I-II Москва, 1959.
Reynold Nicholson, A
Literary History of the Arabs, London, T. Fisher Unwin, 1907.
Clement Huart, A
History of Arabic Literature, New York, 1903.
Yəqin ki, tarixdə
“bir günlük xəlifə” kimi tanınan Abdulla İbn əl-Mutəzzin (861-908) tərcümeyi-halında ən maraqlı olan onun nəsil
şəcərəsidir: Əbu l-Abbas Abdulla ibn əl-Mutəzz
ibn əl-Mutəvəkkil ibn əl-Mutəsim ibn Harun əl-Rəşid ibn Mehdi ibn Mənsur ibn Muhamməd ibn Əli ibn
Abdulla ibn Abbas ibn Abdu l-Müttəlib əl-Haşimi. (İbn Xallikan, 76) Gördüyümüz
kimi, soykökü birbaşa Abdu l-Müttəlibə dayanan şair Abbasi xəlifəsi əl-Mutəvəkkilin nəvəsi, xəlifə
əl-Mutəzzin oğludur. Bir çox Abbasi xəlifələri kimi atası əl-Mutəzz də acı tale
yaşaylb; o, 869-cu ildə taxtdan salınmış və həbsxanada qətlə yetirilib. İbn əl-Mutəzz
gənclik illərində mümkün qədər siyasətdən kənar gəzərək xəlifələrin Samarradakı
iqamətgahında yaşayıb.
İbn əl-Mutəzz ərəb ədəbiyyatı tarixində həm şair, həm də ədəbiyyat tənqidçisi
və filoloq kimi tanınır. Xəlifə oğlu olması naz-nemət içərisində yaşamasına
imkan verməklə bərabər həm də ona misilsiz təhsil şəraiti yaratdı. O dövrün iki
ən məşhur filoloqu – əl-Mübərrəd
(826-898) və Sələb (815-904) onun müəllimləri olub.
İbn əl-Mütəzz barədə bir sıra maraqlı məlumatı onun kiçik müasiri Əbu
Bəkr əl-Sulinin (h. 267-334) “Vərəqlər” kitabından əxz edə bilərik. Müasirlikdən
əlavə, Abbasi xəlifələrinin sarayında tez-tez görsənən əs-Suli saray həyatına,
burada gedən hadisələrə daha yaxşı bələd idi. Bəzən onu ibn əl-Mutəzzin şagirdi
də adlandırırlar. Amma əs-Suli, görünür, siyasətdən uzaq olmağa çalışdığından
şairin taxt-tac uğrunda mübarizəsi və ölümü haqqında heç bir məlumat vermir.
Əs-Suli onu istedadlı, gözəl təbi, hafizəsi və nitq qabiliyyəti olan bir şair
adlandırır. Onun əsəri ibn əl-Mutəzzin ədəbi şəxsiyyətinin formalaşmasını izləmək
baxımından maraq doğurur. Əs-Suli onun ədəbi məclisləri, müəllimləri barədə
geniş məlumat verir, onlar arasında ərəb qrammatikasının bir sıra korifeylərinin
adını qeyd edir.
Məlumdur ki, ibn əl-Mutəzz həm də poetikanın bilicisi, ərəb poetika
elminin yaradıcısı sayılır. Əs-Sulinin xəbərlərindən məlum olur ki, onun bu sahədə
fundamental sayılan “Kitab əl-bədi” əsəri şairin təşkil etdiyi ədəbi məclislərdən
qaynaqlanmışdır. Bu məclislərdə şair və filoloqlar ərəb şeirinə xas bir sıra nəzəri
məsələləri müzakirə edirdilər. Belə müəlləqəsindəki “Şimal küləyinin əlləri”
ifadəsi misal gətirilir. ( Kraçkovski, 18-20) Sonradan “şimal küləyinin əlləri”
ifadəsi istiarənin simvolik mənası xüsusiyyətini kəsb edir. İbn əl-Mutəzzdən
başqa məşhur filoloq Əbdülqahir Curcani və bəzi müasir tədqiqatçılar da istiarə
poetik fiqurundan danışarkən bu obrazı etalon nümunə kimi izah etmişlər.
Əs-Sulinin məlumatından şairin abbasilərlə şiə tərəfdarları arasında
yaxınlıq yaratmaq istədiyini görürük. Ədib hətta ibn əl-Mutəzzin Abbası, onun nəslindən
olanları, o cümlədən xəlifələri tənqid edən bəzi şeirlərinin əlinə keçdiyini
bildirir. Hətta ibn əl-Mutəzzin hz. Əlini və övladlarını mədh edən şeirləri də
olub. Barış məqsədi güdən şair demişdi: “Əgər imkanım olsaydı abbasiləri ancaq
talibilərlə, talibiləri də ancaq abbasilərlə evləndirərdim ki, bir qövm
olsunlar.”
İbn əl-Mutəzz saray intriqalarını uzaqdan seyr edib sakit bir həyat
sürərkən onun yaxın dostu və əmisi oğlu əl-Mötədid
xəlifə taxtında əl-Mötəmidi əvəz edir (892-ci il). O, öz etibarlı adamı kimi
ibn əl-Mutəzzi saraya dəvət edib onu öz yaxın əyanlarından edir. Beləliklə,
şair zorən siyasətçi olur. Görünür, əl-Mötədid şairin ədalətli hökmdar idealını
doğrulda bilirdi. Bu dövrdə müsəlman imperiyasında xaos öz yerini sabitlik və
qayda-qanuna verir. İbn əl-Mutəzz xəlifəyə bir sıra mədhiyyələr yazır, o cümlədən
o dövrün tarixi mənzərəsini yaradan məşhur urcuzəsini təqdim edir. Amma həmişə
olduğu kimi xəlifə taxtına göz dikənlər çox idi. 902-ci ildə saray çevrilişi nəticəsində
xəlifə əl-Mötədid qətlə yetirilir və onu əl-Muktəfi əvəz edir. Əl-Mötədidin qətlindən
sonra ibn əl-Mutəzz yenidən siyasi həyatı tərk edib poeziya məclislərinə çəkilir.
Ölkədə yenidən xaos və zorakılıq hökm sürür. 908-ci ilin dekabrında əl-Muktəfi
uzun sürən xəstəlikdən sonra vəfat edir. Bir qrup saray əyanı xəlifə
taxt-tacına təcrübəli və zəkalı ibn əl-Mutəzzi layiq bilir. Başqa bir qrup isə
zəkasından çəkinib əmisi oğlu, 13 yaşlı Cəfəri hakimiyyətə gətirmək məqsədi
güdür. Cavan və təcrübəsiz xəlifə məmurlara əl-qollarını açıb istədikləri kimi
xalqı talamaq üçün lazım idi. İbn əl-Mutəzz öz tərəfdarlarının qüvvəsini düzgün
hesablamadan saray intriqalarına qoşulur. Bir qrup saray əyanı onu xəlifə
taxtına oturdur. Amma əks cəbhə daha güclü çıxır, onlar səhərisi günü, 18
dekabrda ibn əl-Mutəzzi taxt-tacdan salıb Cəfəri hakimiyyətə gətirir, ona Müqtədir
billah ləqəbi verirlər. İbn əl-Mutəzz qaçıb bir zərgərin evində gizlənir.
Casuslar onun yerini öyrənib əl-Muqtədir tərəfdarlarına çatdırırlar. 29-dekabr
908-ci ildə İbn əl-Mutəzz tutulub dəhşətli şəkildə qətlə yetirilir. Cəsədi parça-parça edilib bir torbada ailəsinə
göndərilir. Şairi öz həyətində dəfn edirlər. Onu gizlədən zərgərdən isə külli
miqdarda pul alı azad edirlər.
İbn əl-Mutəzzin qətli barədə İbn Xallikan yazır: “296-cı ilin rəbiu
l-əvvəl ayında bir qrup saray əyanı və ordu başçıları onu hakimiyyətə gətirirlər,
ona beyət edib əl-Murtəza Billah və yaxud əl-Munsif Billah, ya da əl-Ğalib
Billah və s. adlandırırlar. (Onun
hakimiyyəti o qədər qısa sürür ki, hətta hansı adla adlanması belə
dolaşıq qalıb. A.Q.) O cəmi bir gün
hakimiyyətdə qalır və bir gecə xəlifə kimi yatır. Sonra əl-Müqtədirin adamları
qüvvələrini cəmləyib onu taxt-tacdan salırlar.
İbn əl-Mutəzz İbn əl-Cəssas adlı bir zərgərin evində gizlənir. Əl-Müqtədirin
adamları onu tutub doğrayır, bir kisəyə doldurub ailəsinə göndərirlər. (İbn
Xallikan, 76-77)
Bu tarixi olay yalnız bir adamın deyil, bütün xilafətin faciəsi oldu.
Təcrübəsiz və gənc xəlifəni saymayan məmurların özbaşınalığı nəticəsində ölkəni
xaos bürüdü. Siyasi həyatda xilafətin günü-gündən zəifləməsi ilə yerli hakimlər
baş qaldırdı. Çox çəkmədi ki, Misir və İran əraziləri tam nəzarətdən çıxdı.
Artıq X əsrin 30-cu illərində xilafət siyasi qüvvəsini büsbütün itirib əvvəl
buveyhilərin, sonra səlcuqilərin əlində oyuncaq dövlətə çevrildi.
Orta
əsr mənbələri İbn əl Mutəzzin divanından başqa aşağıdakı əsərlərinin olduğunu
bildirir. Onların hər birinin yığcam təsviri ibn əl-Mutəzzin Kraçkovski tərəfindən
hazırlanan elmi bioqrafiyasında verilir. Bundan əlavə, Kraçkovski, ibn əl-Mutəzzin
Kitab əl-ədəb və kitab əl-bədi əsərlərini rus dilinə tərcümə edib
onların elmi təhlilini vermişdir.
(Kraçkovski, 6-cı cild)
الزهر والرياض
– Güllər və bağçalar. Bu əsərin zahriyyə janrında, yəni gül-çiçəyi
təsvir edən şeirləri toplayan antologiya olmasını düşünmək olar. Qədim ərəb şeirində
təbiət təsvirləri adətən səhraların təsviri ilə məhdudlaşırdı. Ərəb
istilalarından sonra səfalı əraziləri ələ keçirən ərəblər bağların, gül-çiçəyin
təsvirini verən şeirlər yazır. İbn əl-Mutəzzdən başqa Həmdanilərin saray şairi əs-Sənaubərinin
zəhriyyə şeirləri məşhurdur. Əndəlus ədəbiyyatında da bu janra xüsusi
diqqət yetirilib.
البديع
كتاب– Bədi sənəti barədə kitab.
Bu əsərlə ibn əl-Mutəzz ərəb poetika elminin əsasını qoyub. Məhz bu əsərə görə,
Kraçkovski İbn əl-Mutəzzi sırf ərəb ədəbi tənqidinin və poetikasının banisi
hesab edir. İbn əl-Mutəzz bu əsərdə yeniləşmə dövrü şairlərinə xas poetik özəllikləri,
bədii təsvir və ifadə vasitələrini araşdıraraq onların daha əvvəlki poeziyadan
və bəlağət nümunələrindən – Qurani-Kərimdən, Peyğəmbərin (s.ə.s) hədislərindən
və İslamaqədərki poeziyadan qaynaqlandığını göstərib. İbn əl-Mutəzz əsərdə bədi sənətinin beş əsas
kateqoriyasını (istiarə, təcnis, mutabaqa, raddu-l-əcuz ilə-s-sadr və
əl-məzhəb əl-kəlami) müəyyənləşdirir.
Bundan əlavə o, məhasin (gözəlliklər) adlandırdığı 15 fiqur barədə
məlumat verir: iltifat, itirad, rücu, hüsn əl-xuruc, istitrad, husn ət-təxəllus,
təkid əl-mədh bimə yuşbih əz-zəmm, təcəhulu-l-arif, həzəl yurad bihil cidd,
hüsn ət-tadmin, kinayə, ifrat fi-s-sıfat, husni-t-təşbih, inat, husnul-i-btidəət, (И.Ю. Красковский, 97-333).
مكاتبات
الاخوان بالشعر Dostların şeirlə yazışması. Əbu Bəkr əs-Sulinin əsərində şairin məktublarından
nümunələr var. Görünür, nə zamansa ibn əl-Mutəzz özü məktublarını toplu halına
salıb. Əs-Suli onun nəzmə çəkilmiş məktubları olduğunu bildirir.
الجوارح
والصيد – Ov quşları və ov heyvanları. Bu kitabda şairin özünün
və başqa müəlliflərin tardiyyə janrında yazdığı şeirləri topladığını
düşünmək olar. Əsər zəmanəmizədək gəlib çatmayıb.
السرقات
– Plagiatlar. Kraçkovskinin fikrincə, İbn əl-Mutəzz burada şairlərin poetik
motivləri bir-birindən əxz etməsindən yazıb. Başqa mənbələrdə ibn əl-Mutəzzin
bu sahədə Əbu Təmmamı çox tənqid etdiyi görsəndiyindən, alimin fikrincə, o
burada əsas yeri Əbu Təmmama ayırıb. Zəmanəmizədək gəlib çatmasa da, əsər Orta əsrlərdə
çox populyar olub.
اشعار الملوك
– Hökmdarların şeirləri. Kraçkovskinin fikrincə, bu əsər Abbasi xəlifələrinə
xas şeirləri toplayan bir antologiyadır.
Çox güman ki əsər, Əbu Bəkr əs-Sulinin bu məzmunda olan əsərinə bənzər bir müntəxəbat
olub. Zəmanəmizədək gəlib çatmayıb.
الآداب
كتاب–Ədəb barədə kitab Bu
ibn əl-Mutəzzin hikmətamiz və əxlaqi didaktik kəlamlarından ibarət bir əsərdir.
Britaniya muzeyində saxlanılan əlyzaması cəmi 10 səhifədən ibarətdir.
حلى الاخبار
– Xəbərlərin bəzəyi. Kraçkovskinin fikrincə, bu tarixi hadisələri əks
etdirən bir əsər olub. Zəmanəmizədək gəlib çatmayıb.
طبقات الشعراء
– Şairlərin təbəqəsi. Ərəb ədəbiyyatında tabaqat əsərləri çox populyar
olub şairlər haqqında bioqrafik məlumatı və poeziyalarından nümunələri əks
etdirir. İbn əl-Mutəzzdən əvvəl ibn Səllam əl-Cumahi belə bir əsər yazıb.
Kraçkovskiyə görə, ibn əl-Mutəzz bu əsəri
müəllimi əl-Mubərrədin “Rauda” (bağ) əsərinin təsiri ilə yazıb. O əsərdə
üstünlüyü yeniləşmə dövrü şairlərinə verə bilər. Kraçkovski, əsərin qısaldılmış
variantının yeganə əlyazmasının Eskurialda olduğunu bildirir.
الجامع في
الغناء – Nəğmə barədə məcmuə. Zəmanəmizədək gəlib çatmayan bu
kitab bəlkə də Əbu l-Fərəc əl-İsfahaninin “Kitab l-əğani” si kimi bir əsər
olub.
ارجوزة في ذم
الصبوح – Səhər içilən şərabın pislənməsi. Əsərin başqa bir adı
da طباشير السرور -dur (Sevinc şəfəqləri). Ümumilikdə əsər xəmriyyə
janrında olan şeirləri toplayan bir antologiyadır. Amma əsərdə xəmriyyə janrında “Səhər içilən
şərabın pislənməsi” adlı bir urcuzə
olduğundan bəzən bu adla adlanıb. Bura həm şairin öz xəmriyyələri, həm də
başqa şairlərin bu janrda olan əsərləri toplanıb.
İbn
əl-Mutəzzin ərəb poeziyası, ərəb şairləri barədə bəzi maralı kəlamları olub. O
deyib: Dörd şair gördüm ki, şeirləri əməlləri ilə heç uyğun gəlməyib. Əbu
l-Ətahiyə zuhdiyyə yazıb, amma dinsiz olub. Əbu Nüvas oğlan uşaqlarına Lutun
qövmüsayağı şeir yazıb, amma meymundan da bərk qadın həvəskarı olub, Əbu Hakimə
əl-Katib şeirdə sevgiyə həvəssiz görsənməyinə baxmayaraq, ahu kimi həvəskar
olub, Muhamməd ibn Hazim aza qane olmaqdan yazıb, amma itdən də həris olub.
(ibn Xallikan, 79)
İbn
əl-Mutəzzin poeziyasında əsas yerlərdən birini qəzəl janrı təşkil edir. O, bu
janrın hər iki qolunda yazıb yaratmış, həm müənnəs, həm də müzəkkər
qəzəllər söyləmişdir. Onun məzəmmətun-nisə şeirləri də var. İnsan gözəlliyini
vəsf etdiyi kimi, çirkin hesab etdiyi bir kənizi həcv də edirdi.
İbn əl-Mutəzz yaradıcılığında saray həyat tərzinin, əxlaq
normalarının dərin təsiri görsənir. Saray divarları arasında başqa bir həyat
var idi: şərab və musiqi məclisləri, müğənni və saqilər, nədimlər və həmbadələr
, poeziya barədə söhbətlər bəzən bu divarların arxasındakı reallıqları kölgədə
qoyurdu. Əbu Nüvas təsiri ilə şeirlər yazan ibn əl-Mutəzzin məhəbbət şeirlərinin
bir qismi məhz bu həyat tərzinin nəticəsi kimi qılmaniyyə yönümlüdür. Əbu Bəkr əs-Suli onun Əhməd adlı nədiminə
biganə olmadığını yazır. Aşağıdakı şeir Əhmədə həsr edilib (əs-Suli,230)
يا عاذلي في ليليهِ ونهاره ، خَلّ الهوى يَكوي المحبّ بنارِه
ويحَ المتيمِ ، ويحهُ ، ماذا على عذالهِ من ذنبهِ ، أو عاره
يا حُسنَ أحمَدَ إذ غَدا مُتشمّراً في قُرطَقٍ يَمشي بكأسِ عُقارِه
والغصنُ في أثوابِهِ، والدُّرُّ في فمِه، وجِيدُ الظّبيِ في أزرارِه
لكنهُ قاسٍ كذوبٌ وعدهُ ، نائي المَزارِ على دُنُوّ جِوارِه
ما كانَ أحذَقَني بهُجرَة ِ مِثلِهِ، لولا مَلاحة ُ خَدّهِ وعِذارِه
Ey gecə-gündüz
məni məzəmmət edən, qoy bu sevgi aşiqi öz odu ilə yandırıb yaxsın.
Vay aşiqin
halına. Onu günah işlətməyinə görə məzəmmət
edib utandırana nə cavab versin?
Sabahı əynində
gödək əba, əlində şərab badəsi ilə açan Əhməd necə də gözəldir.
Sanki zərif
bir budaq paltara bürünüb, ağzından dürr yağır, yaxasının düymələri arxasından
ceyran boynu görsənir.
Amma o aşiqinə
amansız, vədinə etibarsızdır. Qonşuluqda yaşasa da, gəlib ziyarət etmir.
Əgər onun yanağının
və yenicə tüklənən üzünün gözəlliyi olmasaydı, məni tərk etməyi vecimə olmazdı.
İbn
əl-Mutəzz poeziyasını saray həyatının güzgüsü adlandıra bilərik. Bu gün əxlaq
normalarına zidd bir sıra halların onun şeirində həvəslə tərənnüm edildiyini
müşahidə edirik. Bunlardan biri azyaşlıların saray əhlinin kef məclislərinə cəlb
edilməsidir. İbn əl-Mutəzz şeirlərindən birində on yaşlı kənizi, başqa bir
şeirində isə on bir yaşlı qulamı təsvir edir.
Ümumiyyətlə
İbn əl-Mutəzz mahir təsvir ustasıdır. Onun təsvir obyekti ətraf mühit, gördüyü
hadisə və əşyalardır. Onun vəsfləri içərisində saysız təsvir obyektləri var:
at, dəvə, qılınc, bağ, göyərçin, doşab, ov quşu, ay, quyu, yağış, zəng, gəmi və
sairə. Qələmi təsvir edən şair başıaşağı olduğundan onu səcdə qılan, vərəqi öpən
və s. epitetlərlə anır.
əl-Mutəzz
Tuluniləri həcv edib. Görünür bu türk sülaləsinin ərəb xilafəti üçün təhlükə
olacağından əndişələnirdi.
Ərəb
ədəbiyyatında şəhərlərin tərifi ilə bağlı şeirlər olub. İbn əl-Mutəzz isə ədəbiyyata
şəhərlərin, konkret olaraq Bağdadın həcvini gətirib. Bəzən o sinkretik şeir
yaradır; bir şeirdə Bağdadı həcv edb, Samarranı tərifləyir. Aşağıdakı şeirdə isə
zuhdiyyə və şəhərin məzəmməti janrları vəhdətdə verilir. Şair şeirin birinci
hissəsində yuxusuz gecələrini təsvir edərək həyat, ölüm, varlıq barədə mülahizələrini
söyləyir,.
طال ليلي
وساورتني الهموم وكأني لكم نجم
غريم
ساهرا هاجرا
لنومي حتى لاح تحت الظلام فجر سقيم
دام كر النهار
و الليل محثو ثين ذا منبه وهذا
منيم
ورحى تحتنا
وأخرى علينا كل من فيها طحين
هشيم
سرور وكربة
وافتقار وبريق كزخرف لا يدوم
معافي و ذو
سقام وحي وحبيس تحت التراب
مقيم
غوي عاص وبر
تقي واستبان المحمود والمذموم
بخيل زذو سخاء
ولولا لؤم هذا ما قيل هذا
كريم
ورحى تحتنا
وأخرى علينا كل من فيها طحين
هشيم
فترى صنعة
تخبر عن خا لقنا أنها لطيف
حكيم
Gеcə
uzаndı, qüssə məni bürüdü. Sаnki mən ulduzlаrın əlində bir girоvаm.
О vахtаdək оyаq, yuхusuz qаldım ki, nəhаyət
qаrаnlıqlаr аltındаn zəif şəfəq pаrlаdı.
Gеcə və gündüz bir-birini qоvаrаq əvəz еdir, biri
(insаnlаrı) оyаdır, о biri isə yuхuyа vеrir.
Sаnki bizim üstümüzdə bir, аltımızdа dа bir
dəyirmаn dаşı vаr. Insаnlаr (bu dаşlаrın аrаsındа üyüdülmüş) хırdа bir un
dənəsi kimidirlər.
Nə sеvinc, nə kədər, nə miskinlik, nə də bərq vurаn
qızıl bəzək şеyləri dаimi dеyildir.
Sаğlаm, хəstə, diri - hаmı tоrpаğın аltındа həbs
оlunub qаlаsıdır.
Üsyаnkаr bir аzğını və yахud Аllаhdаn qоrхаn
аlicənаb bir kəsi (də bеlə bir tаlе gözləyir). Təriflənənlə məzəmmət оlunаn bir-birindən fərqlənəcək.
Biri хəsisdir, о biri səхаvətli. Əgər bunun
хəsisliyi оlmаsа, оnа səхаvətli dеməzlər.
Sən lütfkаr və müdrik Хаliqimizdən хəbər vеrən bir
yаrаdılış görürsən».
Yuxusuz gecənin təsvirindən sonra şair Bağdadı
məzəmmət edir. Onun havasının, suyunun insan üçün zərərli olmasını göstərir.
وكيف نومي وقد
حللت ببغدا د مقيما بأرضها لا اريم
ببلاد فيها
ركايا عليه ن اكاليل من بعوض تحوم
جوها في
الشتاء والصيف دخان كثيف وماؤها محموم
كيف قد اقفرت
وحاربها الدهر وعين الحياة فيها البوم
نحن كنا
سكانها فانقضى ذالك عنا واي شيء
يدوم
Necə
yuxuya gedim? Mən Bağdadda yaşayıram.
İstəmədiyim bir yerdə sakinəm.
Elə
bir şəhərdəi ki, quyularının ətrafında ağcaqanadlar toplaşır.
Onun
qışda və yayda havası kəsif tüstü qoxusu verir. Suyu bulanıqdır.
Dəhr
onunla müharibə edib xaraba qoyub (səhraya döndərib.)
Bir
zamanlar orada sakin idik, indi qurtulmuşuq. Həyatda nə daimidir ki?
Şairin
“Səhər içilən şərabın məzəmməti” şeirində zəhriyyat janrında mükəmməl
bir parçada bağın və güllərin təsvirini görürük.
أَلا تَرَى الْبُسْتانَ كَيْفَ نَوَّرَا ... وَنَشَرَ المَنْثُورُ زَهْراً أَصْفَرَا
وَضَحِكَ الْوَرْدُ إلىَ الشَّقائِقِ ... وَاعْتَنَقَ الْقَطْرَ اعْتِناقَ وامِقِ
فِي رَوْضَةٍ كَحُلَلِ الْعَرُوسِ ... وَحُزَمٍ كَهامَة الطَّاووسِ
وَضَحِكَ الْوَرْدُ إلىَ الشَّقائِقِ ... وَاعْتَنَقَ الْقَطْرَ اعْتِناقَ وامِقِ
فِي رَوْضَةٍ كَحُلَلِ الْعَرُوسِ ... وَحُزَمٍ كَهامَة الطَّاووسِ
وَياسَمِينٍ فِي ذُرَى اْلأغْصانِ ... مُنْتَظِمٍ كَقِطَعِ الْعِقْيانِ
وَالسَّرْوَ مِثْلَ قَصَبِ الزَّبَرْ َجِد ... قَد اسْتَمَدَّ الْعَيْشَ مِنْ تُرْبِ نَدى
وَالسَّرْوَ مِثْلَ قَصَبِ الزَّبَرْ َجِد ... قَد اسْتَمَدَّ الْعَيْشَ مِنْ تُرْبِ نَدى
علَىَ رِياضٍ وَثَرًى ثَرِىِّ ... وَجَدْوَلٍ كاِلْمِبْرَدِ الَمْجِلىِّ
وَأَفْرَجَ الْخَشْخاشُ جَيْباً وَفَتَقْ ... كَأَنَّهُ مَصاحِفٌ بِيضُ الْوَرَقْ
وَأَفْرَجَ الْخَشْخاشُ جَيْباً وَفَتَقْ ... كَأَنَّهُ مَصاحِفٌ بِيضُ الْوَرَقْ
أَوْ مِثْلُ أَقْداحِ مِنَ الْبَلُّورِ ... تَخالهُا تَجَسَّمَتْ مِنْ نُورِ
وَبَعْضُها عُرْيانُ مِنْ أَثْوابِه ... قَدْ خَجِلَ الْبائِسُ مِنْ أَصْحابِهِ
وَجُلنُّارِ كَاحْمِرارِ الخَدِّ ... أَوْ مِثْلَ أَعْرافِ دُيُوكِ الهْنِدِ
وَاْلأُقْحَوانُ كَالثَّنايا الْغُرِّ ... قَدْ صُقَلتْ أَنْوارُهُ باْلقَطْرِ
وَبَعْضُها عُرْيانُ مِنْ أَثْوابِه ... قَدْ خَجِلَ الْبائِسُ مِنْ أَصْحابِهِ
وَجُلنُّارِ كَاحْمِرارِ الخَدِّ ... أَوْ مِثْلَ أَعْرافِ دُيُوكِ الهْنِدِ
وَاْلأُقْحَوانُ كَالثَّنايا الْغُرِّ ... قَدْ صُقَلتْ أَنْوارُهُ باْلقَطْرِ
«Məgər bоstаnın nеcə gül-çiçəyə büründüyünü
görmürsənmi? Sаnki şəbbu güllləri sаrı
əbаlаrını аçıb sərmişlər.
Qızıl güllər piоnа bахıb gülür, bir аşiq kimi, şеh
dаmlаsını sinələrinə bаsırlаr. Bаğçа gəlin kimi bəzənib. Şumlаnmış yеrlər tаvus
bаşı kimidir.
Budаqlаrın zirvəsindəki yаsəmənlər sаf qızıl
külçələri kimi yаn-yаnа düzülüblər.
Sərv isə zəbərcəd pаrçаlаrı kimidir. О yаş
tоrpаqdаn аrtıq öz suyunu çəkmişdir.
Buz kimi axar bulaqlar bağın hər yerini sulayıb.
Lаlənin yахаsı аçılıb çаk оlmuşur. О ağ vərəqləri
olan müshəf kimidir.
O büllur qədəhlərə bənzəyir. Baxan sanki onların
nurdan xəlq olunmasını zənn edər.
Bəziləri sanki paltarlarını soyunmuş kimi,
utancaqdırlar.
Narçiçəyinin yаnаğı qırmızısı od tək közərmişdir. О
sаnki hind tоyuğunun pipiyinə bənzəyir.
Çоbаnyаstığı аğаppаq pаrlаq dişlərə bənzəyir. Sаnki
yаğış qətrələri оnun çiçəklərini təmizləyib cilаlаmışdır».
İbn əl-Mutəzz urcuzə sənətində
xüsusi məharət göstərmiş şairlərdəndir. Yuxarıdakı siyahıda onun “Təbaşir əs-Surur”
əsərində bir urcuzəsinin olduğunu gördük. Xüsusilə tardiyyə janrında rəcəzləri
çox olub. İbn əl-Mutəzzin ən məşhur urcüzəsi onun xəlifə əl-Mötədidə həsr
etdityi urcuzədir. 418 beytdən ibarət
olan qəsidəni İ. Kraçkovski “tarixi poema” adlandırır və əsəri ərəb ədəbiyyatında
yenilik kimi təqdim edir. (Kraçkovski, 10) İbn əl-Mutəzz urcuzəni Allah Təalaya
olan həmd-səna ilə başlayır. Bundan sonra ibn əl-Mutəzz xilafətdə hökm sürən
talan və özbaşınalıqlardan danışır. Bildirir ki, xəlifənin məmurları tutduqları
mənsəbdən istifadə edib az-çox özünə güzəran qurmuş adamları talan edir, onun əmlakına
sahib olurdular: Əgər bir tacirin
pulu və Allah Təaladan yetirilmiş ruzisi olardısa tələm-tələsik başının üstünü
kəsdirib deyərdilər: “Sənin xəlifəyə borcun var, qaytar!” Tacir and-aman edib
yalvarıardı: “Yox, Allaha and olsun ki, mənim heç bir borcum yoxdur! Xəzinəyə nə
az, nə çox, heç bir verəcəyim qalmayıb. Bu qazandığım halal zəhmətimin bəhrəsidir.
Öz alış-verişimlə xəlifəyə heç bir ziyan vurmamışam.” Bunu eşidərkən onu bir
yanan samanlığa aparıb tüstü uddurar və ona da min bir işgəncə verər, hətta bədəninə
közərmiş kərpiclər düzərdilər. O qədər əzab verərdilər ki, zavallı axırda həyata
nifrət edib, “Rədd olsun bütün var-dövlətim!” – deyərdi. O hər şeyini bu
quldurlara verib, ölkədən baş götürüb qaçardı.
Şair bütün bu bəlalarda əl-Mötədiddən
əvvəlki xəlifəni günahlandırır, ölkədəki
hərc-mərcliyin və özbaşınalığın onun naşılığı ucbatından baş verməsini
göstərir. Həddindən artıq səlahiyyəti olan və qazanclarından xəlifəyə pay verən
məmurlar sonda xəlifənin özünü belə saymırdılar. İş o həddə çatır ki, hər bir məmur
özünü bir padşah hesab edir, xalqı soyub talayır, onun göz-yaşları və bədbəxtlikləri
üzərində saraylar, cah-calallı xanimanlar ucaldır. Əl-Mötədiddən əvvəl xüsusilə Fars əyalətləri
tam nəzarətdən çıxmışdı. Xilafətdə mərkəzi hakimiyyət günü-gündən zəifləyirdi.
Misirdə Tulunilər hakimiyyəti əla almışdılar. Hətta İraqda belə xəlifəni sayan
yox idi. İbn əl-Mutəzzin dostu və əmisi oğlu əl-Mötədid məhz belə bir vaxtda xəlifə
taxt-tacına oturur.
قامَ
بأمرِ المُلكِ لما ضَاعَا وكانَ
نَهباً في الوَرى مُشاعا
وَكلَّ يَومٍ مَلكٌ مقتولُ أو خائِفٌ مرَوَّعٌ ذليلُ
أو خالِعٌ للعَقدِ كَيما يَغنى وذاكَ أَدْنَى للرّدى وأدنَى
وكَّلّ يومٍ شَغَبٌ وغَصبُ وأَنْفسٌ مقتولةٌ وَحربُ
وكم فتىً قد راحَ نَهباً راكبا إمّآ جليسَ مَلِكٍ أَو كاتبا
فوضعوا في رأسه السّياطا وجعلوا يردونه شَطَاطا
وكم فتاةٍ خَرَجتْ من منزِلِ فغصبوها نَفْسَها في المحفل
وَكلَّ يَومٍ مَلكٌ مقتولُ أو خائِفٌ مرَوَّعٌ ذليلُ
أو خالِعٌ للعَقدِ كَيما يَغنى وذاكَ أَدْنَى للرّدى وأدنَى
وكَّلّ يومٍ شَغَبٌ وغَصبُ وأَنْفسٌ مقتولةٌ وَحربُ
وكم فتىً قد راحَ نَهباً راكبا إمّآ جليسَ مَلِكٍ أَو كاتبا
فوضعوا في رأسه السّياطا وجعلوا يردونه شَطَاطا
وكم فتاةٍ خَرَجتْ من منزِلِ فغصبوها نَفْسَها في المحفل
O,
xilafətdə hakimiyyətin az qala itirildiyi,
adamların talan vüsət aldığı bir
vaxtda xəlifə oldu.
Hər gün bir
xəlifə qətlə yetirilir, ya da qorxu-hürkü ilə (hakimiyyətdən uzaqlaşdırılıb)
zəlil hala salınırdı.
Ya da
dilindən kağız alıb onu taxt-tacdan salır, az qala ölüm halına gətirirdilər.
Hər gün
qəsbkarlıq, talan hökm sürür, insanlar qətlə yetirilir, müharibələr ara
vermirdi.
Nə qədər
igid yol getdiyi yerdə qarət edilir, və yaxud
evində oturduğu yerdə, yazı yazdığı yerdə soyulurdu.
Onun başına
qamçı ilə döyəcləyir, başına hədsiz fəlakətlər gətirirdilər.
Neçə gənc
evdən çıxıb getdiyi yığıncaqlarda məhv edilmişdi.
İbn əl-Mutəzz təsvirində xilafət
məmurlarının insanlara etdiyi zülm bütün dövrlər üçün səciyyəvi olduğundan əsər
bu gün belə öz aktuallığını itirməyib. Xüsusən urcuzədə işgəncə verənlərin
xəstə fantaziyası geniş təsvir olunub. Şair göstərir ki, vergi məmurları
insanları qızmar günün altında o qədər saxlayırdılar ki, onların başı qaynar
qazana dönürdü, əllərini zəncirlə qandallayıb oynaqlarından kəsir, divara
bağlayıb döyür, ölüm ayağına çatan insanlara özlərini dost kimi göstərir, həmin
adam onlardan bu əzaba son qoymağı xahiş
etdikdə, onu yenidən döyür, və onun bu zavallı halına istehza edib gülürdülər.
Həbsxanadakı məhbusların başından qaynar yağ tökür, onun yanan bədəninə baxıb
həzz alırdılar. Huşunu itirən zavallı
gözlərini açıb ayılardısa “icazə verin mülkümü satım, və ya sələmə pul götürüb
sizə verim”- deyirdi.
İbn əl-Mutəzz göstərir ki, talan
və ədalətsizlik hakimiyyət eşalonunun lap yuxarı təbəqələrinə, xəlifənin yaxın
adamlarınadək gedib çıxırdı. Onlar tutduqları vəzifədən istifadə edib xalqı
qarət edərək dilənçi vəziyyətinə salırdılar. Əl-Mötədid hakimiyyətə
gələr-gəlməz bu quldurları cəzalandırdı. Onların xalqın talan edilməsi hesabına
tikdirdikləri möhtəşəm saraylar xaraba qaldı. Vaxtilə onlar bu saraylarda
eyş-işrətlə məşğul olur, saysız-hesabsız gözətçilər, mühafizəkarlar onların
əmin-amanlığını qoruyurdular. Bu
qudurmuşların cəzalanması hamının ürəyindən oldu, “hətta göylər belə onlara rəhm etmədi.”
(Filştinski, 416-417)
Sonda İbn əl-Mutəzzlə bağlı
mübahisəli bir məsələyə də toxunmaq istərdim. Bu onun səhvən ərəb muvaşşah
şerinin banisi sayılmasıdır. Bəzi müəlliflər, o cümlədən görkəmli filoloq Kamil
əl-Kilani “Ən-Nazarat fi tərix əl-ədəb əl-əndəlusiyyi” əsərində “Ey saqi, sənə
şikayətimiz var” başlıqlı məşhur müaşşahı ibn əl-Mutəzzə aid edir. Lakin Orta
əsr mənbələrində bu barədə dəqiq məlumat olmadığından bu fikir özünü doğrultmur.
Həmin muaşşah Əndəlus şairi əl-Hafid ibn Zuhra aiddir və müvaşşahın vətəni
birmənalı olaraq Əndəlusdur.
No comments:
Post a Comment